DÜNYA

25 Noyabr

Nestle Səudiyyə Ərəbistanına 1,9 milyard dollar sərmayə qoyur

İsveçrənin qida nəhəngi Nestle yaxın 10 il ərzində Səudiyyə Ərəbistanına 1,86 milyard dollar sərmayə qoymağı planlaşdırır.
"Fins.az" xəbər verir ki, Nestle neftdən asılı iqtisadiyyatını şaxələndirmək üçün xarici investorları cəlb etmək səylərini sürətləndirən Səudiyyə Ərəbistanına qəhvə və uşaq məhsullarından başlayaraq, qarşıdakı 10 il ərzində ümumilikdə 7 milyard riyal (1,86 milyard dollar) sərmayə qoymağı planlaşdırır.

Nestle tərəfindən edilən açıqlamada fabrikin 2025-ci ildə qurulacağı, 10 il ərzində sərmayələrlə birbaşa və dolayısı ilə 3500 adamın işlə təmin olunacağı bildirilib.

Səudiyyə Ərəbistanı 2030-cu ilə qədər iqtisadiyyatı şaxələndirmək üçün təxminən 100 milyard dollar birbaşa xarici investisiya hədəfi qoyub. Ölkəyə gələn xarici investisiyaların böyük hissəsi neft sektorunda cəmləşib.