DÜNYA

24 Noyabr

Macarıstan Ukraynaya 180 milyon avrodan çox vəsait ayıracaq

Macarıstan Ukrayna iqtisadiyyatının bərpası üçün bu ölkəyə 187 milyon avro verəcək.

Fins.az xəbər verir ki, bununla bağlı sənədi Macarıstanın Baş naziri Viktor Orban imzalayıb.

“Xarici işlər və xarici iqtisadi əlaqələr naziri Ukraynaya maliyyə dəstəyi ilə bağlı zəruri sazişin hazırlanması üçün Macarıstan adından danışıqlara başlamağa dəvət olunur”, - hökumətin bülletenində deyilir.