Çinin Rusiyadan enerji məhsulları idxalı müharibə başlayandan bəri 60 milyard dollara yaxınlaşıb.
"Fins.az" xəbər verir ki, Çin Rusiyadan təbii qaz, kömür, xam neft və neft məhsulları alışını artırmağa davam edir.
Belə ki, Çin, Ukraynanın işğalından sonra Rusiyadan 59,5 milyard dollarlıq enerji məhsulları idxal edib. 2021-ci ildə bu rəqəm 35 milyard dollar civarında idi.