DÜNYA

16 Noyabr

Rusiya neftinin Ukrayna üzərindən daşınması dayandırıldı

Rusiyanın neft boru kəməri operatoru “Transneft” Ukraynanın Rusiya neftinin bu ölkə vasitəsilə Macarıstana daşınmasını dayandırdığını bildirib.

“Fins.az" xəbər verir ki, bu haqda “Transneft” açıqlama yayıb.

Bildirilib ki, Ukrayna ərazisindən Macarıstan istiqamətində neft daşıyan “Drujba” xəttində daşımalar dayandırılıb.

Açıqlamada qeyd olunub ki, Ukrayna tərəfi “Transneft”ə xətdə gərginliyin azalması səbəbindən daşımaları dayandırdığını bildirib.