Yaponiya iqtisadiyyatı üçüncü rübdə gözlənilmədən azalıb. Bu, son 1 ildə ilk azalma olub.
"Fins.az" xəbər verir ki, qlobal tənəzzül riskləri, zəif yen və kəskin artan idxal xərcləri ev təsərrüfatlarının xərclərinə və biznes fəaliyyətlərinə təzyiq göstərərək, Yaponiya iqtisadiyyatının üçüncü rübdə illik məlumatlara görə rübdən 1,2 faiz daralmasına səbəb olub.
İqtisadçılar üçüncü rübdə 1,1 faiz artım gözləyirdilər. İkinci rübün artım tempi yüzdə 4,6 olaraq revize edildi. Üçüncü rübdə ÜDM əvvəlki rüblə müqayisədə 0,3 faiz azalıb. Gözlənti 0,3 faiz artım olması idi.
Yaponiya iqtisadiyyatının yarıdan çoxunu təşkil edən özəl istehlak üçüncü rübdə 0,3 faiz artıb. Gözlənti 0,2 faiz artım idi. İkinci rübdə artım tempi 1,2 faiz olub.
Üçüncü rübdə xarici tələbin ÜDM-ə töhfəsi -0,7 faiz təşkil edib.