ABŞ prezidenti Co Bayden və Çin Dövlət Başçısı Xi Jinping G20 Sammiti üçün gəldikləri İndoneziyanın Bali adasında təkbətək görüşür.
"Fins.az" xəbər verir ki, qlobal güc rəqabətinin və ABŞ və Çin arasında gərginliyin artdığı bir dövrə təsadüf edən görüş, Baydenin 2021-ci ilin yanvarında vəzifəyə başlamasından sonra iki liderin ilk üz-üzə görüşüdür.
Görüş zamanı iki liderin Tayvan, insan haqları, iqtisadi rəqabət, Ukrayna müharibəsi, Rusiya və Şimali Koreyaya münasibət, gərginlikdə "qırmızı xətlərini" ortaya qoyması gözlənilir.
Liderlər əvvəllər hər ikisi vitse-prezident kimi həmkar olduqları zaman üzbəüz görüşlər keçirilib. Lakin tərəflər Bayden keçən ilin əvvəlində vəzifəyə gəldikdən sonra heç vaxt görüşməyib, yalnız iki dəfə onlayn və bir dəfə telefonla görüşüblər.