DÜNYA

10 phrase_var_core.november

Mask Twitter-də pul köçürmələri ideyasından danışıb

Bu yaxınlarda Twitter şirkətinin sahibi olmuş İlon Mask eyniadlı sosial şəbəkədə pul köçürmə funksiyasının işə salınmasının mümkünlüyündən danışıb.

O, çərşənbə günü reklamçılarla səsli söhbəti zamanı deyib ki, əgər istifadəçi yoxlanış (təsdiq) və abunə olmaq üçün 8 dollar ödəyəcəksə, bu, onun platformanın “ödəniş sistemində avtorizasiyası” demək olacaq.

Onun sözlərinə görə, hesabında balansı olanlar Twitter-də pul göndərə biləcəklər.

Sahibkar əlavə edib ki, istifadəçilər öz hesablarını bank hesabına da bağlaya biləcəklər.

Oktyabrın 27-də Mask eyni adlı sosial şəbəkənin sahibi olan Twitter-i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb.