DÜNYA

10 phrase_var_core.november

Çavuşoğlu: Sadələşdirilmiş gömrük dəhlizi ilə bağlı sənəd imzalanacaq

“Çətin dövrdən keçirik. İstanbul Zirvəsində qəbul etdiyimiz “Türk Dünyası-2040” strateji sənədi uzunmüddətli dövr üçün mühüm addım oldu”.

Fins.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, Asiya yenidən ön plana çıxır: “Aramızdakı münasibətlər və dəhlizləri inkişaf etdirməyimiz məcburiyyətə çevrilir”.

Nazir vurğulayıb ki, sabah ticarətin asanlaşdırılması ilə bağlı strateji sənəd, sadələşdirilmiş gömrük dəhlizi və yükdaşımalarla bağlı razılaşma sənədləri imzalanacaq və bu, məmnunedicidir.