ABŞ prezidenti Co Bayden, noyabrın 8-də keçirilən aralıq seçkiləri ilə bağlı Ağ Evdə keçirdiyi mətbuat konfransında 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olduğunu və bu ilin sonuna qədər yekun qərar verə biləcəyini bildirib.
"Fins.az" xəbər verir ki, Bayden Ağ Evdə noyabrın 8-də keçirilən və hələ nəticələrin dəqiqləşdirilmədiyi ara seçkilərlə bağlı mətbuat konfransı keçirib və jurnalistlərin suallarını cavablandırıb.
Seçkiləri “Amerika demokratiyası üçün yaxşı gün” kimi xarakterizə edən Bayden “qırmızı dalğa”nın çoxlarının gözlədiyi kimi gəlmədiyini və respublikaçıların gözləntilərin geridə qaldığını bildirib.
Respublikaçıların Nümayəndələr Palatasında çoxluq əldə etməkdə üstünlüyə malik olduğunu qəbul edən Bayden bu gün Nümayəndələr Palatasında Respublikaçıların lideri Kevin Makkarti ilə telefon danışığı aparacağını qeyd edib.