DÜNYA

05 Oktyabr

Zelenski onlarla yaşayış məntəqəsinin işğaldan azad olunduğunu açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Ordusu hazırkı müdafiə əməliyyatı çərçivəsində Ukraynanın cənubunda kifayət qədər sürətli və güclü hərəkat həyata keçirir - bir həftə ərzində onlarla yaşayış məntəqəsi azad edilib.

Bu barədə dövlət başçısı ənənəvi videomüraciətində danışıb.

Onun sözlərinə görə, təkcə bu həftə onlarla yaşayış məntəqəsi artıq Rusiyanın “psevdoreferendumundan azad edilib”:

“Bu, Xerson, Xarkov, Luqansk və Donetsk vilayətlərində baş verib”.

V.Zelenski xatırladıb ki, Xerson vilayətində Lyubimovka, Xreşenivka, Zolotaya Balka, Belyaevka, Ukrainka, Bolşaya və Malaya Aleksandrovka və Davidov Brod yaşayış məntəqələri azad edilib:

“Bu heç də tam siyahı deyil... Döyüşçülərimiz dayanmır. İşğalçını bütün torpaqlarımızdan qovmağımız sadəcə zaman məsələsidir”.