İstanbul Ticarət Palatası (İstanbul Ticarət Odası) sentyabr ayı üzrə inflyasiya göstəricilərini açıqlayıb.
Fins.az xəbər verir ki, İstanbulda istehlak qiymətləri indeksi illik 107,42,%, aylıq isə 6,06% təşkil edib. Eyni zamanda, İstanbulda topdan satış qiymət indeksi aylıq 2,94%, illik isə 98,17% artım göstərib.
Məlumat üçün deyək ki, ötən ay İstanbulda illik inflyasiya 99,91% təşkil edib.
Qeyd edək ki, bu gün Türkiyə Statistika Komitəsi (TÜİK) sentyabr ayında ölkə üzrə inflyasiya göstəricilərini (83,45%) açıqlayıb. Bununla da Türkiyədə 16 aydır ki, ardıcıl olaraq inflyasiyada artım müşahidə olunur.
İnflyasiya indeksi səbətində yer alan 144 əsas mal və xidmətlərdən 2-nin qiyməti dəyişməzkən, 124-ü artım, 18-i isə azalma göstərib.