DÜNYA

30 Sentyabr

Aİ yüksək enerji qiymətlərinə cavab olaraq yeni tədbirləri razılaşdırıb

Avropa İttifaqı enerji nazirləri cümə günü keçirilən növbədənkənar iclasda yüksək enerji qiymətlərinə cavab olaraq yeni tədbirlər haqqında razılığa gəliblər.

Bu barədə Aİ Şurasında Çexiya nümayəndəliyi məlumat yayıb.

"Nazirlər elektrik enerjisinin yüksək qiymətlərini yumşaltmaq üçün tədbirlərlə bağlı siyasi razılığa gəliblər", - nümayəndəliyin “Twitter“ hesabında etdiyi paylaşımda bildirilir.

Bu tədbirlərə Aİ-də elektrik enerjisinə tələbatın mütləq şəkildə azaldılması, ucuz mənbələrdən elektrik enerjisi istehsal edən şirkətlərə qarşı mənfəət limitinin tətbiq edilməsi, eləcə də, ənənəvi enerji mənbələri sektorunda əldə edilən mənfəətdən “həmrəylik ödənişi”nin edilməsi də daxildir.