DÜNYA

29 Sentyabr

Yoluxma sayına görə dünyada lider olan dövlət sərhədlərini tam açır

Koronavirus pandemiyası zamanı əsasən ən aşağı yoluxma nisbətlərinə sahib olan Yaponiya ardıcıl onuncu həftədir ki, yoluxma sayına görə dünyaya liderlik edir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilir.

Qeyd edilir ki, son bir həftə ərzində Yaponiyada 535 mindən çox yeni yoluxma halı qeydə alınıb ki, bu da 361 mindən çox yoluxma halının aşkarlandığı ABŞ-dan təxminən 1,5 dəfə çoxdur.

Pandemiyanın yeddinci dalğasının zəiflədiyi Yaponiyada son 24 saat ərzində 50 minə yaxın yoluxma halı aşkarlanıb.

Əhalisinin 90%-ə qədərində kollektiv immunitetin formalaşdığı ölkə oktyabrın 11-də koronavirusun yayılması ilə bağlı vəziyyətlə əlaqədar ölkəyə girişə qoyulan məhdudiyyətləri tamamilə aradan qaldırmaq qərarına gəlib.

Yaponiyaya daxil olan insanların gündəlik, qısamüddətli vizaların verilməsinə qoyulan məhdudiyyətlər və fərdi turizmə qoyulan qadağalar aradan qaldırılır.

Mənbə: TASS