Çağırış vərəqəsi aldıqdan sonra Rusiya vətəndaşlığından imtina etməklə səfərbərlikdən yayınmaq mümkün deyil.
Bu barədə Rusiyada qismən səfərbərliklə bağlı yaradılann “Qaynar xətt”dən bildirilib.
“Yalnız Rusiya Federasiyasının vətəndaşları səfərbərliyə məruz qalırlar. Rusiya Federasiyasının qanunvericiliyi vətəndaşlıqdan könüllü çıxmağı nəzərdə tutur, lakin bu, yalnız vətəndaşın Rusiya Federasiyası qarşısında yerinə yetirilməmiş öhdəlikləri olmadıqda mümkündür.
Bu öhdəliklərdən biri də səfərbərlik elan edildikdən sonra hərbi xidmətə çağırışdır. Siz çağırışa qədər çıxıb vətəndaşlığı dəyişə bilərsiniz. Ancaq çağırış gəlibsə, bu, Rusiya Federasiyasının öhdəliyidir "- deyə “Qaynar xətt”dən bildirib.