Rusiya, çox güman ki, “OPEC+”un (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs - red.) oktyabrda keçiriləcək növbəti iclasında gündəlik neft hasilatını təxminən 1 mln. barel azaltmağı təklif edəcək.
Fins.az-ın verdiyi xəbərə görə, bu barədə “Reuters“ məlumat yayıb.
Məlumata görə, “OPEC+”un novbəti görüşü oktyabrın 5-də keçiriləcək. Neftin qiymətinin aşağı düşməsi və bazarlarda aylarla davam edən volatilliy (qiymət dəyişkənliyi – red.) fonunda “OPEC+”un digər aparıcı istehsalçısı Səudiyyə Ərəbistanı, “OPEC+”un hasilatı azalda biləcəyini söyləməyə vadar edib.
“Reuters“in mənbələri bildirib ki, gələn həftə keçiriləcək görüş qabağı nazirlər arasında müzakirələr hələ başlamayıb.