Sentyabrın 17-dən 26-dək Gürcüstana səfər etmiş Rusiya vətəndaşlarının sayı 78 742 nəfər təşkil edir.
Bu barədə respublika Daxili İşlər Nazirliyinin çərşənbə axşamı dərc olunmuş statistik məlumatında deyilir.
Söhbət Rusiya vətəndaşlarının həm Gürcüstan-Rusiya sərhədində yerləşən Kazbeki-Yuxarı Lars gömrük-keçid məntəqəsi, həm də respublika ərazisində fəaliyyət göstərən digər keçid məntəqələri vasitəsilə Gürcüstana daxil olmasından gedir. Gürcüstana gələn rusiyalıların maksimum sayı bazar ertəsi günü qeydə alınıb - 11 143.
Həmçinin, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu müddət ərzində 62 120 Rusiya vətəndaşı Gürcüstanı tərk edib ki, bu da gələnlərin 78,9%-ni təşkil edir.
Mənbə: TASS