DÜNYA

28 Sentyabr

Fransa hərbi xərclərini artırır

Fransanın 2023-cü ildə hərbi büdcəsi təxminən 44 milyard avroya çatacaq.

Bu barədə çərşənbə axşamı respublikanın Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

“2023-cü ildə Fransa ordusunun büdcəsi ardıcıl altıncı dəfə artırılaraq 43,9 milyard avro təşkil edəcək”, - sənəddə vurğulanıb.

Hərbi idarədən qeyd edilib ki, bununla da silahlı qüvvələrə ayrılan vəsait 2022-ci illə müqayisədə 3 milyard avro artacaq.

Mənbə: TASS