DÜNYA

27 Sentyabr

Baydendən "neft qiymətlərini aşağı salın" çağrışı

ABŞ-da neftin qiymətinin yay zirvələrindən aşağı düşməsi ilə əlaqədar ABŞ prezidenti Co Bayden neft şirkətlərini qiymətləri aşağı salmağa çağırıb.
"Fins.az" xəbər verir ki, ABŞ prezidenti Bayden iclasdakı çıxışında ötən ay dünyada neftin qiymətinin azaldığını, lakin bu azalmanın qiymətlərə əks olunmadığını bildirib. "Bu arada, neft və qaz şirkətləri milyardlarla dollarlıq rekord gəlir əldə etməyə davam edir" deyə bildirib Bayden.

ABŞ-ın xam neft fyuçers müqavilələri keçən ay 9,2 faiz azalıb. Bayden, ölkə daxilində qiymətlərdə balanssızlığın olduğunu, Qərb əyalətlərində xam neft emal gücü aşağı olduğuna görə qiymətlərin daha yüksək olduğunu bildirib.

"Yanacaqdoldurma məntəqəsini işlədən və nasos qiymətlərini təyin edənlərə mesajım aydındır: Məhsul üçün ödədiyiniz dəyəri əks etdirmək üçün nasosdakı qiyməti aşağı salın" deyə qeyd edib Bayden.

Bayden ilin əvvəlində benzinin orta qiymətinin ilin əvvəlində bir qallon üçün 5 dolları ötdüyü zaman oxşar çağırış etdi.