Şimali Osetiyada Rusiya-Gürcüstan sərhədindən 5500 avtomobilin, o cümlədən 3600 minik avtomobilinin keçəcəyi gözlənilir.
Bu barədə Şimali Osetiyanın Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, respublika ərazisində 3600 minik avtomobili sərhədi keçmək üçün gözləyir. O cümlədən regionda 1900 tranzit ağır yük maşını var, onlardan 600-ü keçid məntəqəsindədir.