DÜNYA

27 Sentyabr

İraq neftin qiymətinin kəskin artmasına qarşı çıxış edib

İraq hakimiyyəti neftin qiymətində kəskin artım istəmir.

"Fins.az" xəbər verir ki, bunu bazar ertəsi ölkənin neft naziri, maliyyə naziri vəzifəsini icra edən İhsan Abdel Caber deyi

“Biz neft qiymətlərinin kəskin yüksəlməsini istəmirik”, - nazir "Al Ekhbariya" telekanalının efirində deyib.

"Biz çətin dövrə qədəm qoyduq. Qlobal amillər neft qiymətlərinin azalmasına səbəb olub, bunlardan ən mühümləri iqtisadi artım templərinin azalması və inflyasiyanın artmasıdır", - o izah edib.

Nazirin sözlərinə görə, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC+ sazişinin iştirakçıları qiymətlərlə bağlı vəziyyəti izləyir və bazarda tarazlıq yaratmağa çalışırlar.

Sentyabrın 5-də keçirilən OPEC+ iclasında alyans ölkələri oktyabrda neft hasilatını sutkada 100 min barel azaltmaq qərarına gəliblər. Yekun kommünikedən məlum olduğu kimi, OPEC+ ölkələri avqust ayındakı hasilat səviyyəsinə qayıdacaqlar. Sənəddə vurğulanır ki, hasilatın artırılması ilə bağlı bir ay əvvəl qəbul edilmiş qərar yalnız sentyabr ayına şamil edilir. Bundan əlavə, OPEC+ nazirləri bazar şərtlərinə cavab vermək üçün istənilən vaxt toplantı keçirməyə razılaşıblar. OPEC+-ın növbəti iclası oktyabrın 5-nə planlaşdırılıb.