ABŞ Ukraynaya əlavə 457,5 milyon dollar ayıracaq.
Bu barədə ABŞ dövlət katibi Entoni Blinken “Twitter” hesabında yazıb.
O, bildirib ki, vəsait mülki təhlükəsizliyi və hüquq-mühafizə orqanlarının potensialının gücləndirilməsinə yönəldiləcək.
“Birləşmiş Ştatlar insanların həyatını xilas etmək, Ukrayna hüquq-mühafizə orqanlarının və cinayət ədliyyə sisteminin potensialını gücləndirmək üçün əlavə 457,5 milyon dollar mülki təhlükəsizlik yardımı göstərəcək. Biz onların demokratik, müstəqil və suveren Ukraynaya sadiqliyini bölüşürük”, - Blinken qeyd edib.