DÜNYA

26 Sentyabr

Maskdan İranda Starlink-in fəaliyyəti ilə bağlı AÇIQLAMA

ABŞ iranlılara təklif olunan internet xidmətlərinin genişləndirilməsinə icazə verən ümumi lisenziya verdikdən sonra İlon Mask İranda peyk internet sistemi olan Starlink-i işə salıb.
"Fins.az" xəbər verir ki, etirazların davam etdiyi İranda ABŞ-ın iranlılara təklif etdiyi internet xidmətlərinin əhatəsini genişləndirməyə imkan verən addımdan sonra Maskdan yeni bir addım atılıb.

Mövzu ilə bağlı ABŞ-ın dövlət katibi Antoni Blinkenin Twitter-dəki paylaşımına cavab verən Mask, “Starlink-i hərəkətə gətiririk” deyə qeyd edib. 

Maliyyə Nazirliyindən verilən açıqlamada, sözügedən ümumi lisenziyanın İranda internet azadlığına dəstəyi artırmaq məqsədi ilə verildiyi bildirilib.

Mahsa Eminin "hicab qaydalarına əməl etmədiyi" səbəbiylə saxlanıldıqdan sonra İranda vəfat etdikdən sonra başlayan nümayişlərdən sonra hökumətin internetə girişi məhdudlaşdırdığına diqqət çəkilərək, ABŞ-ın "çadra qaydalarına əməl etmədiyi" səbəbiylə "müdafiəçilərə dəstək" üçün hərəkətə keçdiyi qeyd edilib.