Çinin Çançun şəhər xalq məhkəməsi sabiq ədliyyə naziri Fu Cenhua haqqında ölüm hökmü çıxarıb.
Fins.az xəbər verir ki, məhkəmənin belə bir qərar çıxarmasına onun törətdiyi korrupsiya əməlləri səbəb olub. O, karyerası boyunca müxtəlif yüksək vəzifələrdə fəaliyyət göstəribölkənin daxili işlər nazirinin müavini, həmçinin Pekinin polis rəisi vəzifəsində çalışıb. Qeyd edilir ki, ölüm hökmü 2 ildən sonra icra olunacaq.