DÜNYA

22 Sentyabr

Qazaxıstanda Nazarbayevlə bağlı dövlət bayramı ləğv edilib

Qazaxıstanda dövlət bayramları siyahısından İlk Prezident Günü çıxarıb.

Fins.az xəbər verir ki, bu barədə Qazaxıstan Parlamenti qərar qəbul edib.

Parlamentin iclasında digər bayramlarla da bağlı düzəlişlərin edilməsi gözlənilir.

Qeyd edək ki, İlk Prezident Günü 2011-ci ildə təsis olunub və Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin 1991-cı il, dekabrın 1-də prezident seçilməsi şərəfinə qeyd edilirdi.