Avropa ölkələrinin indiyədək enerji böhranı üçün təxminən 500 milyard avro ayırdığı hesablanıb.
"Fins.az" xəbər verir ki, Brüsseldə yerləşən “Bruegel” analitik mərkəzi Avropa ölkələrinin ev təsərrüfatlarını və biznesləri enerji qiymətlərinin artımından qorumaq üçün milli tədbirləri ilə bağlı araşdırmasını dərc edib.
Müvafiq olaraq, enerji qiymətlərindəki artım səbəbiylə bir çox Avropa ölkəsində 2021-ci ilin sentyabrından 2022-ci ilin sentyabrına qədər fərqli tədbirlər tətbiq edildi.
Enerji sahəsində görülən tədbirlərə görə Böyük Britaniya 178,6 milyard avro, Almaniya 100,2 milyard avro, İtaliya 59,2 milyard avro, Fransa 53,6 milyard avro, İspaniya 35,5 milyard avro, Polşa 10,6 milyard avro, Avstriya 8 0,9 milyard avro, Rumıniya 8,9 milyard avro, milyard avro, Yunanıstan və Danimarka 6,8 milyard avro, Hollandiya 6,2 milyard avro, Belçika 4,1 milyard avro, Çexiya 2,9 milyard avro, Xorvatiya 2,4 milyard avro, Bolqarıstan 1,8 milyard avro, İsveç 1,6 milyard avro, Lutvania europa, Lithuaniaur. Slovakiya 1 milyard avro, İrlandiya 700 milyon avro, Finlandiya 500 milyon avro, Sloveniya 400 milyon avro, Malta və Estoniya 200 milyon avro ayırıb.
Belə ki, sözügedən Avropa ölkələri enerji böhranı səbəbindən hazırladıqları müxtəlif proqramlara 492,4 milyard avro vəsait ayırıblar.