Rusiyanın gələn il büdcə kəsirinin 3 trilyon rubl (təxminən 50 milyard dollar) olacağı planlaşdırılır.
Fins.az xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin federal büdcəsinin 2023-2025-ci illəri ilə bağlı qiymətləndirmələr edib.
Onun sözlərinə görə, Rusiyanın gələn il büdcə gəlirlərinin 26 trilyon rubl səviyyəsində olacağı gözlənilir. Mişustin bildirib ki, büdcə kəsiri 2024-cü ildə ÜDM-in 1,4%-ni, 2025-ci ildə isə 0,7%-ni təşkil edəcək