Rusiyadakı mərc obyektlərində gəlirlərin kəskin azalması onların kütləvi şəkildə bağlanmasına səbəb olub.
Fins.az xəbər verir ki, məlumata görə, altı ay ərzində mərc ofislərinin sayı 17,4 faiz azalıb.
2021-ci ilin dördüncü rübündə oflayn nöqtələrə 19,6 milyard rubl gəlir daxil olub ki, bu da ümumi gəlirin 8,9 faizini təşkil edib. İkinci rübdə bu rəqəm 16,2 milyarda (8,2 faiz) düşüb.
Ümumi dövriyyə isə 220,5 milyard rubldan 198,9 milyard rubla qədər azalıb.