DÜNYA

21 Sentyabr

Macarıstanın Avropa Komissiyası ilə danışıqları uğurla başa çatıb

Macarıstan hökuməti ilə Avropa Komissiyası (AK) arasında aparılan danışıqlar uğurla başa çatıb, respublikanı Aİ-nin maliyyə vəsaitini itirməsi təhlükəsi gözləmir. Bu barədə TASS informasiya agentliyi məlumat yayıb.

Mənbə qeyd edir ki, bu barədə ölkənin Ədliyyə naziri Yudit Varqa “Facebook” səhifəsində yazıb: “Macarıstan hökuməti ilə Avropa Komissiyası arasında çətin, lakin konstruktiv danışıqlar prosesi başa çatıb. Danışıqlar uğurlu alınıb. Komissiya belə qənaətə gəlib ki, Avropa Komissiyası tərəfindən təklif edilən tədbirlər AK-ın şərtilik mexanizmini (ödənişlər) tətbiq etməyə məcbur edən narahatlığını aradan qaldırır.

Macarıstan hələ Avropa İttifaqının büdcəsindən vəsait itirməyib və AK-nin bazar günü qəbul etdiyi qərar belə bir riskin olmadığını deməyə əsas verir”.

Onun sözlərinə görə, Macarıstan hökuməti bütün lazımi tədbirləri görsə, Aİ-nin başladığı prosedur ilin sonuna qədər dayandırılacaq. O deyib: “Yaxın həftələrdə və aylarda bütün diqqətimizi öhdəliklərimizi yerinə yetirməyə yönəldəcəyik”.