Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, Avropa Parlamentinin Strasburqda keçirilmiş sessiyasında Avropa İttifaqının (Aİ) vəziyyəti ilə bağlı illik proqram çıxışı zamanı birlik daxilində fəaliyyətin sadələşdirilməsi üçün kiçik və orta müəssisələrə vahid vergi sxemi tətbiq etmək barədə təklif irəli sürməyi planlaşdırır.
"Fins.az" xəbər verir ki, "inflyasiya və qeyri-müəyyənlik kiçik və orta sahibkarlığa böyük zərbə vurur. Ona görə də biz kiçik və orta biznesin dəstəklənməsi üçün təkliflər paketi təqdim edəcəyik. Buraya Avropada biznes üçün vahid vergi qaydalarının tətbiqi ilə bağlı təkliflər daxil olacaq"-deyə Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen bildirib.