Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen oktyabrın 1-də Yunansıtan-Bolqarıstan İnterkonnektorunun (İGB) rəsmi açılışında iştirak etmək üçün Bolqarıstana gələcək.
“Fins.az” xəbər verir ki, “EURACTIV Bulgaria” nəşri bu barədə məlumat yayımlayıb.
Məlumata görə IGB-nin operatoru Bolqarıstan, Azərbaycan, Serbiya, Rumıniya və Şimali Makedoniya prezidentlərini Sofiyada Ursula fon der Lyayenlə görüşə dəvət edib. “İdeya qaz kəmərinin işə salınmasını fon der Lyayenin iştirakı ilə enerji məsələləri üzrə regional müşavirəyə çevirməkdən ibarətdir”, - deyə nəşr vurğulayır.