DÜNYA

20 Sentyabr

PepsiCo Rusiyada Pepsi və digər içkilərin istehsalını dayandırıb

Amerikanın PepsiCo şirkəti Rusiyada Pepsi, 7UP və Mountain Dew içkilərinin, həmçinin Mirindanın istehsalını tamamilə dayandırıb.

"Fins.az"xəbər verir ki, bu barədə çərşənbə axşamı Reuters agentliyi şirkətin bəyanatına istinadən məlumat yayıb.

“Rusiyada bütün konsentratlar tükənib və istehsal dayanıb”, – şirkətdən agentliyə bildiriblər.