Almaniyada enerji qiymətlərinin təsiri ilə istehsalçı qiymət indeksi avqust ayında 45,8%-i ilə yeni rekord artım qeydə alınıb.
"Fins.az" xəbər verir ki, Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada enerji qiymətləri inflyasiya təzyiqi yaratmağa davam edir.
Ölkədə avqust ayı istehsalçı qiymətləri indeksi əvvəlki ilin eyni ayına görə 45,8% artaraq rekord səviyyəyə çatıb.
Bloomberg-in sorğusuna qatılan iqtisadçılar istehsalçı qiymətləri indeksinin 36,8 faiz artacağını proqnozlaşdırır. Almaniyada istehsalçı qiymətlərində əvvəlki rekord iyulda 37,2 faiz olub.
Müəllif:Aynur Qəniyeva