Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning, Çinin hücum edəcəyi təqdirdə ABŞ qoşunlarının Tayvanı müdafiə edəcəyinə dair verdiyi vədlərə görə Vaşinqtona etiraz edib.
"Fins.az" xəbər verir ki, Mao çıxışında Vaşinqton administrasiyasına xəbərdarlıq edib ki, onların münasibətlərinə xələl gətirəcək, Tayvan boğazında sülh və sabitliyi pozacaq söz və hərəkətlərdən çəkinsinlər.
Pekində gündəlik mətbuat konfransında danışan Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning, Baydenin adını çəkmədən diplomatik kanallarla Vaşinqtona etiraz etdiklərini bildirib.
ABŞ-ı "Tayvanla əlaqəli məsələləri diqqətlə və lazımi şəkildə həll etməyə" və "Tayvanın müstəqilliyini müdafiə edən qüvvələrə yalan siqnallar göndərməməyə" dəvət edən sözçüsü Mao, Vaşinqton administrasiyasının onların münasibətlərinə xələl gətirəcək və münasibətləri pozacaq söz və hərəkətlərdən çəkinməli olduğunu qeyd edib.