DÜNYA

20 Sentyabr

Fransadan rus gübrəsi açıqlaması

Fransanın xarici işlər naziri Ketrin Kolonna Rusiyanın taxıl və gübrələrinə qarşı heç bir sanksiyaların olmadığını, maliyyə mexanizmlərinin ixracı mümkün etdiyini bildirib.
"Fins.az" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyası çərçivəsində Nyu Yorkda olan Kolonna keçirdiyi mətbuat konfransında gündəmi dəyərləndirib.

Rusiyadan gübrə ixracına hər hansı maneənin olub-olmaması ilə bağlı suala Kolonna, "Rus təbliğatına qulaq asmayın, faktlara baxın. Nə Rusiya ərzaq məhsullarına, nə də peyinə sanksiya tətbiq edilmir. Maliyyə mexanizmləri qanuni ixracı təmin edir" deyib.