ABŞ Prezidenti Co Bayden istisna olmaqla, bütün liderlər Böyük Britaniya kraliçası II Elizabetin dəfn mərasiminə avtobusla aparılıb.
“Fins.az” xarici KİV-ə istinadən xəbər verir ki, Bayden mərasimə zirehli maşını ilə qatılıb.
Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern avtobusdan istifadə etməkdə heç bir “problem” görmədiyini, Kanadanın Baş naziri Castin Trudeau isə “avtobusda çox gözəl söhbətlər etdiklərini” bildirib.
Qeyd edək ki, təxminən 2000 qonağın iştirak etdiyi dəfn mərasimində ABŞ Prezidenti Co Bayden və xanımı Cil Bayden, Fransa Prezidenti Emmanuel Makron, Avstraliyanın Baş naziri Antoni Albanese, Kanadanın Baş naziri Castin Trüdo, Polşanın Baş naziri Mateuş Moravyeçki, İtaliya Prezidenti Sercio Mattarella, İrlandiya Prezidenti Maykl Hiqqins, Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya olmaqla 500-ə yaxın dünya lideri və yüksək vəzifəli şəxslər iştirak edib.