İqtisadçıların son təxminləri Avrozona üçün növbəti 12 ayda ardıcıl iki rübün daralma riskinin 80 faiz olduğunu göstərib.
"Fins.az" xəbər verir ki, əvvəlki sorğuda bu nisbət yüzdə 60 idi. Son proqnozla iqtisadçıların tənəzzül gözləntiləri 2020-ci ilin iyul ayından bəri ən yüksək səviyyəyə yüksəlib.
Məlumata görə, Avro Bölgəsində tənəzzül riski gözləntiləri qış aylarında enerjidə azalmanın iqtisadi aktivliyin kəskin azalmasına səbəb olacağı ilə bağlı artan narahatlıqlar fonunda 2020-ci ilin iyul ayından bu yana ən yüksək həddə çatıb.
Bloomberg sorğusunda iştirak edən iqtisadçılar, əvvəlki anketdə 60% olaraq proqnozlaşdırdıqları növbəti 12 ayda ardıcıl iki rübdə daralma ehtimalını 80%-ə çatdırıblar