DÜNYA

19 Sentyabr

Qazaxıstanın paytaxtı rəsmi olaraq yenidən Astanadır

Qazaxıstanın paytaxtının əvvəlki adı qaytarıldı.

Bu gündən etibarən Qazaxıstanın paytaxtı rəsmi olaraq yenidən Astanadır.

Bir müddət əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bununla bağlı dəyişiklikləri təsdiqləyib.  

Həmçinin Tokayev “Qazaxıstan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında” qanunu da imzalayıb.

Əsas dəyişikliklər arasında paytaxtın adının Nur-Sultan əvəzinə yenidən Astana olması da var idi.

Mənbə: “NOVOSTİ” “Telegram”