Sentyabrın 18-də Uels şahzadəsi Keyt Middlton Bukinqem sarayında Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə xüsusi görüş keçirib.
"Fins.az" xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.
Bildirilir ki, Zelenskaya bazar ertəsi, sentyabrın 19-da Böyük Britaniya kraliçası II Elizabetin dəfn mərasimində iştirak etməyi planlaşdırır.
Qeyd edək ki, II Elizabetin dəfnində iştirak etmək üçün Londona gedən 500 nüfuzlu şəxs və dünya liderləri arasında Ukraynanın birinci xanımı da var.