Ağdam Sənaye Parkında və Cəbrayıldakı "Araz Vadisi İqtisadi Zonası"nda qeyri rezidentlər fəaliyyətə başlayıb.
"Fins.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyevin Şuşada keçirilən Türk Biznes Forumunda deyib.
"Qarabağın bərpası və dirçəldilməsi, sənaye potensialının inkişaf etdirilməsi məqsədi ilə ölkə prezidentinin müvafiq fərmanlarına əsasən Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları yaradılıb. Birinci sənaye parkı 190 hektar ərazini əhatə edir, burada 9 rezident və 2 qeyri-rezident qeydiyyata alınıb. Bu rezidentlər Parka 50 milyon manatdan çox investisiya yatırmağı, 1 000-dən artıq iş yeri yaratmağı planlaşdırır. Artıq rezidentlərdən “Dadaş-N” və “Veliev” MMC-lər tikinti işlərinə başlayıb. Digər rezidentlər isə layihələndirmə, torpağın hamarlanması işləri görür.