Türkiyədə mavi yanacağın istehlakı artarsa, Rusiya Türkiyəyə qaz tədarükünü artıra bilər.
Bunu Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak sentyabrın 15-də jurnalistlərlə görüşündə bildirib.
“Türkiyəli tərəfdaşlar qaz istehlakını artırsa və əlavə həcmlər üçün müraciət etsələr, biz bu məsələləri nəzərdən keçirəcək və bu tədarükləri təmin edəcəyik”, - deyə nazir qeyd edib.
Mənbə: rossaprimavera.ru