Fransa hökuməti yerli sənayeçilərlə birlikdə altı körpünü Ukraynaya təhvil verəcək.
Onlar Rusiyanın işğalı zamanı dağılmış analoji obyektlərin əvəzinə Çerniqov vilayətində quraşdırılacaq.
Paris həmçinin beş generator və iki istilik qazanının alınması üçün 250 min avro ayıracaq. Generatorlar ərazinin kritik infrastrukturuna, sosial və tibbi ehtiyaclarına xidmət edəcək.
Bundan əlavə, Fransa Çerniqov vilayətindəki uşaqlara min ədəd noutbuk bağışlayacaq, azyaşlıların və onların ailələrinin psixoloji durumu ilə bağlı işlərin görülməsi üçün 50 min avro verəcək.
Mənbə: rbc.ua