DÜNYA

15 Sentyabr

“İtaliya bu qışı Rusiya qazı olmadan yaşaya bilər”

İtaliyanın neft nəhəngi Eni-nin baş direktoru Klaudio Deskalzi bildirib ki, İtaliya bu qışı Rusiyadan qaz axını olmadan yaşaya bilər.
"Fins.az" xəbər verir ki, Eni-nin baş direktoru Descalzi nikbin açıqlamalar verib. Tədbirdə çıxış edən baş direktor anbarlarda doluluğun 90 faiz civarında olduğunu xatırladıb və İtaliyada hava şəraitinin mülayim olacağını ehtimal edərək ölkənin bu qışı Rusiya qazı olmadan keçirə biləcəyini bildirib.

Baş direktor bildirib ki, Əlcəzair artıq İtaliyaya qaz nəqlini iki dəfə artırıb. Enerji nəhəngi Eni bu ildən 2023-cü ilə qədər Rusiyadan qaz idxalını yarıya endirməyi öhdəsinə götürüb.

İtaliya hökumətinin sentyabrın 25-də keçiriləcək ümumi seçkilərdən əvvəl ailələr və müəssisələr üçün 13,5 milyard avro dəyərində yeni enerji dəstəyi paketini açıqlaması gözlənilir. Hökumət artan enerji xərclərinin iqtisadiyyat üzərindəki yükünü yüngülləşdirmək üçün 50 milyard avrodan çox vəsait xərcləyib.

Müəllif:Aynur Qəniyeva