Müharibə səbəbindən ukraynalıların 40 faizdən çoxu işini itirib.
Fins.az xəbər verir ki, hazırda ölkə vətəndaşlarının yalnız 22,7 faizi işləyir, sakinlərin 22,5 faizi isə azaldılmış əməkhaqqı alaraq çalışmağa davam edir.
Eyni zamanda, 40 faizdən çox ukraynalı kompaniyaların fəaliyyətinin dayanması (19 faiz), vəzifələrinin ixtisara düşməsi (10,9 faiz), başqa regiona köçməsi (11 faiz) səbəbindən işsiz qalıb.
Hazırda işləməkdə davam edənlərin təxminən yarısı (52 faizi) əmək haqqının miqdarının qaneedici olmaması, kompaniyaların qeyri-stabilliyi, yaxud əmək şəraiti ilə əlaqədar yeni iş yeri axtarışındadır.