Britaniyanın “Financial Times” qəzetinin xəbərinə görə, ABŞ və Avropa Birliyi (AB) Rusiyanın sanksiyaları pozacağına dair Türkiyədə dayaq qazana biləcəyindən narahat olduqları üçün təzyiqləri artırmağı düşünür.
"Fins.az" xəbər verir ki, ABŞ və Avropa İttifaqı (Aİ) fevralın 24-də Ukraynaya müdaxiləyə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı Türkiyəyə təzyiqləri artırmağa hazırlaşır.
Financial Times qəzetində dərc olunan və Qərb ölkələrindən iki rəsmisinin açıqladığıgörə, ABŞ və AB Türkiyədə bank sektorunun qeyri-qanuni maliyyə əməliyyatlarının aparılacağı bir sahəyə çevriləcəyindən və Rusiyanın bir kanal açacağından narahatdırlar.
Xəbərə görə, Qərb rəsmiləri ABŞ-ın Rusiyanın “Mir” adlı yerli ödəmə sisteminə daxil olan türk banklarına diqqət yetirdiyini, Brüsselin isə narahatlıqlarını birbaşa Türkiyə rəsmilərinə çatdırmaq üçün bir heyət formalaşdırdığını bildirib.
Türkiyənin ən böyük banklarından olan Vakıfbank, Ziraat Bank, İş Bankı, Denizbank və Halkbank Mir sisteminə daxil olan banklar sırasındadır.
Mir, Rusiya Mərkəzi Bankı tərəfindən Visa və Mastercard-a alternativ olaraq hazırlanıb.