DÜNYA

15 Sentyabr

ABŞ Senatı Tayvana 4,5 milyard dollarlıq hərbi yardımı təsdiqləyib

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Tayvana 4,5 milyard dollarlıq hərbi yardım göstərilməsini nəzərdən tutan qanun layihəsini təsdiqləyib.

Fins.az xəbər verir ki, vəsait 4 il ərzində veriləcək.

Təşəbbüsü komitənin 17 üzvü dəstəkləyib, 5 nəfər isə qanun layihəsini təsdiq etməyib. Yaxın vaxtlarda yuxarı palata tam heyətlə sənədi nəzərdən keçirəcək.

Qanun layihəsinin tərəfdarlarının fikrincə, Çində adanın suverenliyinə təhlükə yarada bilən avtoritar və militarist meyllərin artması fonunda Tayvanın hərbi və maliyyə dəstəyinə ehtiyacı var. Qanun layihəsi Tayvanın müdafiə qabiliyyətini gücləndirmək üçün hərbi texnika və maliyyə yardımı ayırmaqla yanaşı, həm də ABŞ-ın “Tayvan xalqının qanuni nümayəndəsi” kimi ada hökuməti ilə əməkdaşlıq etməsini istiqamətləndirəcək və ABŞ Prezidentinə adanın müstəqilliyini təhdid yaradan Çin rəsmilərinə və maliyyə institutlarına sanksiya tətbiq etmək səlahiyyəti verəcək.