FED-in sentyabr ayında 100 baz bənd faiz artıracağını açıqlamağa başlayıb.
"Fins.az" xəbər verir ki, istiqraz kralı kimi tanınan Jeffrey Gundlach, bazarda hökm sürən fikrin əksinə olaraq, faiz dərəcələrində 25 baz bənd artımın tərəfdarı olduğunu deyib.
Məlumata görə,istehlak qiymətləri illik müqayisədə 8,3 faiz artaraq gözləntiləri üstələdikdən sonra iqtisadçılar və investisiya bankı strateqləri FED-in sentyabr ayında faiz dərəcələrini 100 bənd artırması lazım olduğunu açıqlamağa başlayıblar.
Fed-in inflyasiyanın artması prosesində əyrinin arxasında olduğunu tez-tez vurğulayan ABŞ-ın keçmiş maliyyə naziri Larri Summers, faiz dərəcələri 4 faizə yaxınlaşana qədər inflyasiyanın nəzarət altına alına bilməyəcəyini müdafiə edib. Summers, FED-in etibarlılığını gücləndirmək üçün faiz dərəcələrini 100 baza bəndi artırmalı olduğunu açıqlayib.