ABŞ prezidenti Co Bayden ölkədə inflyasiyanın azaldılması üçün daha çox vaxt və qətiyyət tələb olunacağını bəyan edib.
"Fins.az" xəbər verir ki,Bayden, dinamikanın azalmasına baxmayaraq gözləntilərdən daha artıq gələn avqust ayı inflyasiya məlumatlarından sonra yazılı açıqlama verib.
Ümumilikdə son iki ayda qiymətlərin düz bir seyir izlədiyini ifadə edən Bayden, bunu müsbət qarşıladıqlarını, lakin görüləsi çox iş olduğunu söylədi.
"Bugünkü məlumatlar qlobal inflyasiyanın aşağı salınmasında ABŞ iqtisadiyyatında daha da irəliləyiş olduğunu göstərir" deyə Bayden bildirib.
Benzin qiymətlərinin yazın əvvəlindən bəri orta hesabla 1,30 dollar (3,78 litr) azaldığına diqqəti cəlb edən Bayden, bu ay bazarda bəzi qiymət artımlarının əvvəlki aya nisbətən yavaşladığını gördüklərini və real maaşların artdığını qeyd edib.
"İnflyasiyanın aşağı salınması üçün daha çox vaxt və qətiyyət lazım olacaq" deyə Bayden bildirib.
ABŞ Əmək Departamentinin bu gün açıqladığı məlumatlara görə, İstehlak Qiymətləri İndeksi (CPI), gözləntilərin əksinə olaraq avqust ayında yüzdə 0,1 artsa da, illik bazda 8,3 faizə qədər yavaşlasa da, proqnozlardan daha çox olub.