DÜNYA

13 Sentyabr

Türkiyədə 500 min ucuz ev layihəsi

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan 2023-2028-ci illəri əhatə edən dövrdə 500 min sosial ev tikməyi hədəflədiklərini deyib.

"Fins.az" xəbər verir ki, Ərdoğan yeni sosial mənzil layihəsinin təqdimat toplantısında etdiyi çıxışında 250 min torpaq sahəsinin də satılacağını və 50 min iş yerinin (kommersiya obyektinin) tikiləcəyini bildirib. Ərdoğan layihə çərçivəsində 2+1 mənzillərin 2 min 280 TL, 3+1 mənzillərin isə 3 min 780 TL-dən başlayaraq taksitlə təhvil veriləcəyini bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial mənzil layihəsinin təfərrüatlarını açıqlayıb.

 Ərdoğan, 2023-2028-ci illəri əhatə edən müddətdə 500 min sosial ev tikməyi hədəflədiklərini söylədi. Ərdoğan yeni sosial mənzil layihəsinin təqdimat toplantısındakı çıxışında 250 min torpaq sahəsinin də satılacağını və 50 min iş yerinin tikiləcəyini bildirib.

Məqsədimiz 2023-2028-ci illəri əhatə edən 5 il müddətində bütün rayonlarımızda 500 min sosial ev, 250 min torpaq sahəsi və 50 min iş yeri tikməkdir.

Bu böyüklükdə bir layihə təxminən 900 milyard türk lirəsi (TL) investisiya deməkdir. Multiplikator effekti ilə bu layihənin iqtisadi təsiri 2 trilyon TL-dir. Belə investisiya mənzil qiymətlərini və kirayə haqqını aşağı salacaq və vətəndaşların mənzil almasını asanlaşdıracaq.

Bu kampaniya ölkəmizdə ev sahibliyi nisbətini artıracaq.

Sosial mənzil layihəmizin birinci mərhələsini iki il ərzində başa çatdırmağı və vətəndaşların istifadəsinə verməyi planlaşdırırıq.