Avropa İttifaqı (Aİ) elektrik enerjisi istehlakının azaldılmasını və enerji şirkətlərinin həddindən artıq qazanclarının vergiyə cəlb edilməsini əhatə edən yeni təcili tədbirlər paketi hazırlayır.
"Fins.az" xəbər verir ki, sabah Avropa Parlamentinin (AP) Baş Assambleyasının sessiyalarının keçirildiyi Strasburqda Aİ Komissiyası üzvlərinin həftəlik qərar iclası keçiriləcək.
Məlumata görə, AB Komissiyasının sözçülərindən Dana Spinant, Brüsseldəki gündəlik mətbuat konfransında, "Enerji təcili paketi komissarların həftəlik toplantısının gündəmində olacaq." deyə qeyd edib.
AB Komissiyasının sədri Ursula von der Leyenin çərşənbə günü AP Baş Assambleyasında "Birliyin Vəziyyəti" mövzusunda çıxış edəcəyinə diqqət çəkən Spinant, paketin təfərrüatlarının burada paylaşılmasını gözlədiyini açıqlayıb.
Müəllif:Aynur Qəniyeva