DÜNYA

13 Sentyabr

Rusiyanın büdcə profisitində kəskin azalma

Bu ilin ilk 8 ayında Rusiyanın büdcə profisiti ilin ilk 7 ayı ilə müqayisədə 71 faiz azalaraq 137 milyard rubla (təxminən 2,3 milyard dollar) düşüb.
"Fins.az" xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin açıqladığı məlumatlara əsasən, bu ilin yanvar-avqust aylarında ölkənin büdcə gəlirləri 17,6 trilyon rubl təşkil edib.

Sözügedən dövrdə Rusiyanın büdcə xərcləri 17,5 trilyon rubl, büdcə profisiti isə 137 milyard rubla qədər azalıb.Bu ilin yanvar-iyul dövründə 481 milyard rubl olan ölkənin büdcə profisiti bununla da 71 faiz azalıb.

Rusiyanın ilin ilk 8 ayında neft və təbii qaz gəlirləri 7,8 trilyon rubl təşkil edib.Ekspertlər qeyd edirlər ki, neft və qaz gəlirlərinin artmasına baxmayaraq, Rusiya da sanksiyaların təsirini azaltmaq üçün xərclərini artırıb və buna görə də bu il büdcə kəsiri ilə üzləşməsi ehtimalı var.